İstanbulda bir il – GoCreative

Yazılıb: Aug 18 2016

İstanbul

İstanbulda keçən bir il boyunca nələr yaşamışıq, nələr hiss etmişik, sizinlə paylaşmayacağam. Çünki ilk olaraq, bu qədər dəyərli təcrübəni blog yazısı ilə ifadə etmək çətindir, ikincisi yazar olaraq zəif olduğuma baxmayaraq ifadə etmək istəsəm belə, sadəcə turist və iş görüşmələri ilə bağlı 3-5 dəfə olduğu xarici yerdə yaşananalar ilə, davamlı olaraq xaricdə yaşamağın fərqini nə vaxtsa sizlərin də şəxsən hiss etməyinizi istərdim. Təbii ki, bunları yaşamamısınızsa.

 

Azərbaycanda insanların böyük əksəriyyəti elə düşünür ki, Azərbaycandan kənarda yaşamaq hər zaman alternativindən daha yaxşıdır. Bir çoxumuzun beyninin neyronlarının arasında gizli olaraq B planı ölkəmizdən qaçmağa hazırdır. Bunun adı yəqin ki subluminal immunitetdir. )

 

İstanbul hamınızın da bildiyi kimi böyük şəhərdir və mən inanıram ki bu yazını oxuyanların demək olar ki hamısı heç olmasa 1-2 dəfə bu şəhərdə olub. Sultanahmet, Ayasofya filan. Çox böyük məmnuniyyətlə sizinlə gəzib görməli, yeyib içməli xatirələrimi paylaşardım amma mövzum sarı rəngli turist səhifələrinə manşet olmaq üçün deyil. Mövzum bir az duzu bibəri ilə İstanbulda yarı iş, yarı şəxsi həyat barəsindədir.

 

İlk olaraq vergilərimiz çoxdur, millilərimizin bir çoxu bu qədər vergi verərək iş görmək istəməz burada. Səbəbi sadədir, hamının nefti olmaq məcburiyətində deyil ki, bizim kimi. )

 

Fikrimcə bir millət iki dövlət olmağımıza baxmayaraq biz Türklərdən daha çox tənbəlik, daha doğrusu hələ tam qərar verməmişəm hansımızın daha çox tənbəl olduğuna. Amma pis və ya yaxşı Türklər nano texnologiya istehsalı səviyəsində olmasalar belə istehsalçıdılar. Bu arada Türkiyənin səhv etmirəmsə ixracının cəmi 5-6%-i nano texnoloji məhsullardır.

 

Burada Vahidin pəncərəsi yoxdur, salavat çevirib şirkət qurmaq istəyəndə bir xeyli pəncərə gəzmək məcburiyətiniz var. Lakin prosedurlar bitdikdən sonra rahat  olursan. O qədər rahat olursan ki, sahibkarlıq və iş dünyasına fəaliyyətinə başladığın andan etibarən boynunun arxasında hiss etdiyin bürokratiyanın nəfəsi bir anlıq səngiyir. Bu rahatlama o zamana qədər davam edir ki, ilk rübün vergiləri açıqlanır.

 

İstanbulda iş qurmaq əyləncəlidir. Ən azından o baxımdan ki, burada perspektiv çoxdur. “Çoxdur” sözü isə özlüyündə mənim üçün aşağıdakıları ifadə edir:

  • istehsal yönümlü ölkə olduğu üçün ixrac edə bilmək imkanı;
  • çalışdığım reklam və marketing sahəsinə aid inanılmaz çox alətin var olması;
  • post sovetlərin bizə bağışladığı sərvətlərdən istifadə edərək yerli bazarda bu pozisiyada dominant olmaq;
  • Avropa ilə işləyə bilmə imkanı;
  • Və mənim üçün, bir ajansın inkişaf edə bilməsi üçün kifayət qədər insan resursunun, müştəri bazasının, alternativ və dar profildə əməkdaşlıq edə biləcəyin şirkət və insanların var olmasıdır.

 

Bu sadaladıqlarımı anlamaq çox vaxt aparmır, lakin mövzuya hakim olmaq ən azı yarım il alır bizdən. İlk yarım ildə ayılırıq ki, 3 Avropa ölkəsi ilə, yerli bazarla, Azərbaycan və post sovetlərlə N hərfindən hətta bir az daha çox iş görmüşük. Hamı üçün belədir mi? hər kəs uğur qazana bilirmi? bilmirəm. Hər halda bir az işə yanaşma tərzindən asılıdır.

 

Bir çox vaxt ofisdən bayıra çıxmıram. Bəzən bir həftədən də çox zaman olur ki, evdən işə, işdən evə gedirəm. “Bunu bizə niyə deyir ? ” kimi mənasız sual verməyin. Dostlarım İstanbula gələndə elə bilirlər ki, mən bir ildir burdayam və hər tərəfi tanıyıram artıq. Amma əksinə, hələ də bir çox yerini görməmişəm və niyyətim də yoxdur.

 

” İstanbul bir az karvansaray kimidir ” – deyirdilər, inanmırdım. Əzizlərim, elə ay, elə həftə yoxdur ki, kimsə ya Azərbaycandan hansısa ölkəyə gedəndə və ya hardasan qayıdanda burdan keçməsin və biz də üstümüzə düşən vəzifəni icra edərək bacardığımız qədər qonaqpərvərlik göstərməyək. Hər həftə dost və yoldaşlardan kimsə gəlir, kimi isə gedir. Qısacası bu bir ildə az qonaq-qaralı olmamışıq. Və buradan İstanbuldan yolu düşən və bizi yad edən bütün dostlarıma bizləri darıxmağa qoymadıqları və dolu-dolu bir il yaşatdıqları üçün də təşəkkürümü göndərirəm.

 

Bir il alışdığın həyatdan, doğma şəhərindən kənarda yaşamaq şirkət olaraq bizə uzaqdan şirkət idarəetmə təcrübəsini də qazandırdı. Bu yolda Azərbaycanda yaşayan əməkdaşlarımız və dostlarımız bizə çox kömək oldular, onların da haqqlarını unutmamaq lazımdır. İstanbuldaykən Bakı ofisindəki prosesləri idarəetmək də bir yandan bizə başqa ölkələrlə də iş görə bilmək qabiliyyəti qazandırdı. Qısacası bu bir ildə ” əslində necə olmalıdır ” sualına cavablar tapa bildik.

 

İstanbulda, yerli bazarın əksinə, Türkcə desək ” tutan ” uğurlu e-biznesləri görə bildik. Azərbaycanla müqayisədə alışdığımız “bütün e-bizneslərin uğursuzluğa məhkum olması” doqması burada fərqli olaraq özünü bizə göstərdi. Ön cümlədə dırnaq arası yazdığım ifadəmə görə məni qınayın, o ifadə bir az sarkazm, bir az zarafat, bir az da ciddəyt daşıyır, daşımasaydı heç dırnaqlarımızın içində olmazdı. Və bu abzasa Post Script: Göstərin mənə o çox milyonluq e-biznesi ))

 

Xaricdə yaşamağın qatdığı dəyərlər arasında bir az da mənzərəni kənardan görə bilmək də var. Buradan baxdıqda yerli marketing və reklam “bazar”ında olanları daha düzgün görməyə başladıq. Əyrisiylə – düzüylə, güclü və zəif tərəflərimizi analiz edə bildik. Şirkət və agentliklər arasında olan münasibətlərdə olan xətaları sezdik. Qısacası “lorem ipsum” əvəzinə yazılacaq sözlərin nələr olduğunu anlamağa çalışdıq.

 

Bu bir ildə alışmadığımız kiçik detallar da az girmədi həyatımıza, artıq cibimizdən xırda pul olaraq 20 qəpik əvəzinə 1 tl çıxır, klaviaturamızda yazı dillərini çevirdiyimizdəki TR`ni görməyə alışmışıq artıq.  Telefonu açdığımızda Türkcə danışmaq kimi.

 

Bütün bu yaşadıqlarımız yaxşı və ya pisdirmi? onu mən qərar verə bilmirəm. Hər halda ən düzünü bizə də kənardan baxanlar daha düzgün qiymətləndirər. Fəqət bu bir il bizə əvəzsiz bir profesional təcrübə qazandırdı.

OXUNUB:2237

Bölmə: Ümumi Teqlər:

Cavab yaz

*

*