Ruhi mücerret

Yazılıb: Sep 23 2015

ruhi-mücerret-02

Hər bir reklam – marketing sahəsinə özünü yaxın hiss edən şəxsin oxuması vacib olan bir kitabdır bu – Murat Menteş`in “Ruhi Mücerret”i.

 

Xeyir bu nəzəriyyə və ya təcrübəvi əsaslı “dərslik” deyil, ən sadə romandır. Sadə deməklə haqsızlıq etdim bəlkə. Bu sadə roman olsaydı, dəmir reyslər üzərində gedən qatarlar, dənizdə üzən gəmilərlə toqquşmaz, iki gözünün rəngi fərqli olan qəhrəman ölüləri diriltməz, 100 yaşındakı ən son qazi insanlara “facebook”u təbliğ etməz və ya son nəfəsini verən yaşlı qadın “Mangoda endirimlər başladı” deməzdi.

 

Bir az dəlidir məncə kitabın yazarı, lakin özünə məxsus dəsti xətti var. İlk öncə romandakı reklam təsirindən danışım. Romanda reklamların insanlara və insanların reklamlara təsirini və bunun futuristik-xəyali “nəticələrindən” bəhs edir. Həyatımıza girən və ən sadə məişət günümüzdə belə “Gedək su içək” əvəzinə “Gedək Cola içək” və ya “Saqqız istəyirsən?” demək əvəzinə “Vivident istəyirsən?”  deməyimizin hardan gəldiyini və belə gedərsə fəsadlarının nə olacağını danışır.

 

Dili çox xoşdur yazarın. Ad qoymaq məntiqini bəyəndim. Personajların ümumi götürsək iki cür adı var: İlki ad və soyadın bir birini tamamlamasıdır, məsələn: “Serpil Silahliperi”, ikincisi isə ad ilə soyadın bir birinin  hərfi mənada əksi olmasına yaxınlığıdır: “Avni Vav”. Əlbəttə ki burada bütün personajların adlarını çəkib sizin üçün romanı maraqsızlaşdırmaq istəmirəm.

 

Digər xoş tərəfi personajların təsvir oluna biləcək və xasiyətlərinin bəlli olması qədər xoş metaforalardır. Yolun ortasında baş verən silahlı atışmanı elə təsvir edir ki, “buzda qan ləkəsi” deyə bir cümlə kəşf olunmasaydı yəqin ki onu Murat Menteş icad edərdi.

 

Dəsti xəttində başqa diqqət cəlb edici məqam isə təsvirlərin təkrarlanmasıdır. Eyni epizodu ardıcıllıqla deyil,  təkrar-təkrar izah etməyi sevir: ” Elə vururdu ki, elə bil üzümə çəkic dəyirdi. Zərbələrin ağırlığının hər biri fil qədərdir. O qədər güclü idi ki, üzümdə şimşək çaxırdı. Üzümə toxunan hər zərbə yadıma fərqli bir epizod zalırdı.” kimi cümlələr. İzah etdikdə bəlkə sizlərə sıxıcı gələ bilər amma “söz oyunlarında” müəllif həqiqətən də çox bacarıqlı şəkildə bunu ifa edir. Məncə ən gözəl tərəfi də edə budur.

 

Müasir olduğu üçün həm yeni trendlərdən xəbərdardır, həm də “müəllif” adını daşıyacaq dəlilik üzərindədir. Bu onu “saray şairi” olmaqdan xilas edir. Çünki romanında ən olmayacaq hadisə və düşünə bilməyəcəyiniz bir çox şey burada həyata keçir.

 

Yüz söyləməkdənsə bir göstərmək daha yaxşıdır – məntiqinə əsaslanaraq sizlərə bir neçə sətiri göstərmək istəyirəm:

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

Qısaca olaraq deyim, daha bir romanını oxumağa başladım. Sizə də məsləhət görürüəm, yəqin ki birini oxusanız digər yazdıqlarını axtaracaqsız.

OXUNUB:2445

Cavab yaz

*

*