Niyə digital?

Yazılıb: Apr 15 2015

İşinə yeni başlamış jurnalistin sənətçiyə rutin olaraq verdiyi “niyə rəsm?” və ya “niyə kino?” sualına bənzədirəm başlığımı. Çox bayağıdır.

 

Bu gün bir tərəfdən mənasız, digər tərəfdən isə mənim üçün yazacağım mövzuya rəng qatacaq bir hadisə baş verib. Instagram  accountum olan @islamrizayev da belə bir şəkil paylaşmışdım:

IMG_20150414_105815

Bu mənim yeni oxumağa başladığım kitabdır. Şəklin caption yerinə isə tam olaraq belə bir description yazmışdım: “Yeni kitabım. #marketing #uğurbatı” və təbii ki həmin post twitter`də də share olunmuşdu. Üstündən bir miqdar vaxt keçdikdən sonra hazırda ikinci kitabını oxumağa başladığım Uğur Batı mənə cavab yazdı.

Screenshot_2015-04-15-17-00-30

Düzgün izah edə bildimsə yəqin ki məni başa düşdünüz nə demək istədiyimi. İlk olaraq “Reklamın dili” kitabını oxuyub və bəyəndiyim müəllif Uğur Batı, ikinci kitabını oxumağa başladığımı gördükdə mənimlə ünsiyət qurdu. Belə bir məna da çıxara bilərsiz ki, “işi gücü yoxdur, oturub onu hashtag edənləri güdür”. Yox məncə bu belə deyil.

 

Neçəmizin qarşısına rəsmi facebook səhifələrinə yazdıqdan sonra cavab ala bilmədiyimiz şirkətlər çıxıb. Mən çox görmüşəm.

 

Bu gün digitalın niyə gələcəkdə indiki vəziyyətinə görə daha çox paya sahib olacağını danışacağam.

 

Hazırda pis yaxşı digitaldan istifadə edirik (edirik dedikdə ən çox korporativ quruluşları nəzərdə tuturam). Digital bizə bir az rəng qatır, sadəcə olaraq onun ciddiyətini hələ tam qəbul etmək istəmirik. Çünki mənim gözümdə digital hələ ki, bizlərə satış yönünüdə kömək ola bilmir. Əgər olursa belə hələ ki, çox cüzi şəkildə dəstək olur. Təbii ki əgər bir bilboardda yerləşdirdiyimiz vizual bizə daha çox dəyər qatırsa o zaman niyə başqa communication tool`a üstünlük verək? Mənası nədir axı? Mən belə izah edəcəm.

 

Consumer touch points (touchpoints) bizim ən çox fokus olduğumuz (olacağımız) nöqtələrdən biridir. Hələ bir də böhran anlayışı həyatımıza duz qatırsa o zaman mütləq bu anlayışın yaratdığı traektoriyanın dalıyca qaçacağıq. Bizim ən çox istədiyimiz verdiyimiz xidmət və ya satdığımız məhsulların satışıdırsa o zaman müştəriylə və potensial müştəriylə daimi münasibətdə və ünsiyyətdə olmalıyıq. İndi siz mənə deyin digital`dan daha üstün seqmentləşmiş müştərisinə çıxa bilmə üsulu nədir?

 

Bir outdoor reklamında yerləşdirilən vizualın xitab etdiyi kütləni gəlin birlikdə seqmentləşdirək:

 

  • Yaşayış  yerinə görə – lokalizasiya
  • Orta gəlirinə görə – həmin ərazidəki insanların ortalama yaşam tərzinə görə
  • Dar profillərə görə – məsələn ali təhsil mərkəzinin yanında tələbələr və ya doğum evinin yanındakı qadınlar üçün nəzərdə tutulan reklamların dar seqmenti

 

Bu seqmentasiyanı DMP (digital market place) üçün etməyə başalasaq tam fərqli bir mənzərə ilə qarşılaşarıq və DMP demək olar ki yeganə sahədir ki, belə asanlıqla öz hədəf kütləmizə çıxmağa bizə kömək edir. Əlbəttə ki, biz onun dadını hələ ki bilmirik. Köhnə yazılarımda da qeyd etdiyim kimi biz hələ ki bu yolda çox gəncik və qarşımızda baryerlər dayanır. Məsələn dilimizin global dil olmaması və istifadəçi sayının nisbətən az olması. Lakin bu meyarlar dünya ilə müqayisədə rol oynayır, yerli bazarda yox.

 

Digər tərəfdən biz hələ heç digitala alışmamışıq, bizə yad gəlir. Bu sahədə ixtisaslaşan çox az sayda şirkətlərimiz var. Amma potensial bunlara baxmayaraq çox böyükdür. Andre Giden demişkən: “Açılmamış qanadların böyüklüyü bilinməz”.

 

Yazımı oxuyan istifadəçilər arasında yaşı və təcrübəsi imkan verənlər təsdiqləyərlər bəlkə, mətbəələrimizin on il öncəki iqtisadi gücü (söhbət xüsusi keyslərdən getmir) indi yoxdur. Bəlkə şirkətlər artıq depoda saxlanılan on min kataloqdansa digital`dakı əsl seqmentləri ilə ünsiyyətdə olub touchpoint`lara əhəmiyyət verməyi daha üstün görməyə başlayıblar.

 

Bəs digital başqa hansı meyarlara görə daha üstündür (?!), gəlin onları sadalayaq:

  • Hədəf kütləsinə daha rahat çata bilmək
  • İdarə edilə bilən olması, istəyə görə daha elastik münasibət
  • Fiziki implementar alətlərə nisbətən daha uyğun qiymətə mümkün olması
  • Statistik dataların daha real alına bilməsi (bu ən çox sevdiyim bənddir)
  • Uzunömürlü və davamlı olması

 

Çox haqlı olaraq deyə bilərsiniz ki, İslam öz çalışdığı sahəni tərifləyir. Haqlısız. Sizə iki cavabım var:

  • Aşıq gördüyündən danışar;
  • Almaniyanı ikinci dünya müharibəsinin xarabalıqları altından çıxaran iki atalar sözündən biri ” Ən böyük vətənpərvərlik öz peşəsini ən yaxşı şəkildə yerinə yetirməkdir” və mən öz çalışdığım sahəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışıram.

 

 

OXUNUB:4420

Cavab yaz

*

*