Tərzi yanaşma

Yazılıb: Jul 10 2014

Ətrafımda bir çox şəxs və quruluş siması vardır ki, yeni biznes üfiqlərinə açılmaq istəyir. Ümumiyyətlə son illərdə ölkəmizdə olan startuplar, yeni  layihələr, investisiyalar və s.lər onu düşünməyə vadar edir ki, bir az daha səbr edərsək bir neçə müddət sonra istər online istərsə də offline iş sahələrində böyük “boomlar” olacaq. Fəqət burada bir xoşuma gəlməyən məqam var ki, bu “atılqanlıqlar”ın bir çoxu təəsüf ki rüşeym dövründə məhv olurlar. Bəs necə olur ki, xarici sima olan Con`un qurduğu biznes inkişaf edir lakin bizim Tofiqin qurmaq istədiyi yox. Daha doğrusu mövzuya gərək belə yanaşaydım – hansı meyarlara əsasən bizneslər uğurlu və ya uğursuz olur ?

 

Winston Churchill deyri ki, “Success is not final, failure is not fatal!”. Bu sözlərdən yola çıxıb deməyə haqq qazanıram ki, uğur və ya uğursuzluq nisbi anlayışdır. Bu müəyyən biznes modelləri üçün nəzərdə tutulur və davamiyyətlə ölçülə bilməz. Bu mövzuda məndən çox daha təcrübəli və bilikli qələm əhli çox yazıb pozub. Mən isə sizlərə öz baxış prizmamdan bir neçə məqama toxunmaq istəyəcəyəm.

 

1. Malcolm Gladwell`in “Outliers: The Story of Success” kitabından kiçik bir məsləhəti nəzərinizə çatdırmaq istəyirəm: “İldə 360 gün yatağından günəş doğmadan qalxa bilən insan özünü uğurlu olmaqdan xilas edə bilməz”. Bir çoxlarımızın fərqli şirkətlərdə və ya öz bizneslərində iş fəaliyyəti vardır, hansı ki Malcolm`un sözünə inansaq buradakı uğurumuz məhz çox çalışmaqdan irəli gəlir. Düzün sözü mən Steve Jobs`un “Çox çalışmaq yox, düzgün çalışmaq lazımdır” məntiqi ilə razı deyiləm. (Steve`nin bu deyimində söz səhvi etdimsə bağışlayın). Dəyərli oxucum, siz necə başa düşürsüz? Bir insan az çalışaraq müvəffəqiyyət qazana bilərmi? Steve özü məktəbini atıb günlər və aylarca komputer qabağında yatıb durmayıbmı? Eləcə də Bill. Eləcə də digər uğur hekayələri. Əlbəttə ki ən asanı Stev`ə inanmaqdır, çünki bu rahatdır, öz özlüyümüzdə özümüzü inandırmağa çalışa bilər ki, baxın filankəs az işlədi, az çalışdı lakin uğurlu oldu. İnanın mənə dostlar, çox yanlış fikirdir. Bir az öncə adını çəkdiyim yazarın fikirlərinə görə bir sahədə əsl uğur sahibi olmaq üçün 10.000 saat iş təcrübəsi lazımdır. Yəqin ki, əgər oxumusunuzsa köhnə yazılarımda TPS sistemlərindəki əsas məntiqdə elə çalışmaq üzərində qurulmayıbmı? Çalışaraq səhv edək, səhv etdikcə öyrənək.

 

2. Hər hansı bir sahədə uğurlu olanların bəzilərinin bəxti sizdən daha çox gətirir. Söhbət yolda gedərkən bir çuval qızıl tapmaqdan getmir. Məmur ailəsində anadan olanların ailəsinin  ətrafında dövlət qulluğuna aid bir çox informasiya dolanır. Həkimin evində tibbdən, müəllimin evində isə təhsildən danışılır. Kür sahilində balıq artırma müəssisəsi yaratmaq orada yaşayan üçün mənə nisbətən daha rahatdır.  Valideyni rəssam olan övlada, çərçivə biznesində və ya bir az daha irəli getsək taxta emalı müəssisəsi qurmaq daha əlverişlidir. Bu kimi bir çox misal çəkə bilərəm. Bütün bu dediklərimin nəticəsində o dayanır ki, hər hansı birimizin dünyaya göz açandan bəri qurduğu (qura bildiyi) sosial və ictimai şəbəkələşmə və həyat təcrübəsi onu müəyyən sahələrdə uğurlu edə bilir.

 

Stanislas Dehaene`nin “The Number Sense” kitabından bir nümunə demək istəyirəm. Çin dilində rəqəmləri tələffüz etmək çox rahatdır. Çincə rəqəmlərin çoxunu 1/4 saniyəyə tələffüz etmək mümkündür. Məsələn 4 -“si” , 7 “qi”. Amma bu rəqəmlərin ingiliscə qarşılıqlarını tələffüzü daha mürəkkəbdir (four, seven). Araşdırmaya görə insanlar hesab etdiklərində prosesləri 2 saniyəlik bölgülərə ayırırlar. Bu da onu göstərir ki, Çinli bir uşağın 26+58 hesabını etməsi, İngilis dilli uşağın hesab aparmasından daha tez əmələ gəlir. Bu o deməkdir ki, Çinli  uşağın aldığı nəticənin düzlüyü onu gələcəkdə riyaziyyat elminə daha çox bağlayır və burada daha uğurlu olur. Yəni dolayısıyla Çinli olaraq dünyaya gəlmək dəqiq elmləri öyrənməkdə və ya öz dilimizlə desək mühəndis olmaqda daha çox şanslıdır.

 

3. Elitis və ya publisist yanaşma – Liderlik bacarıqları. Burada əsas məqam yanaşmadır. İstər elitist istərsə də publisist yanaşma tərzi olsun fərqi yoxdur, əsas odur ki yanaşma olsun. Fikirlərimi bölərək belə toplamağa çalışacağam. Mersedes də BYD də avtomobil markasıdır. Mersedes öz məhsullarına daha diqqətlə yanaşır və daha lyüks seqmentə aid olan məhsul istehsal edir. BYD də də öz məhsullarına diqqətlə yanaşır, lakin daha çox aşağı kütləyə fokus olur. Hər ikisinin də ortaq cəhəti yanaşmasıdır. Bir də VAZ markası var, hansı ki köhnə sovet ölkələrindəki gücü belə çoxdan itirib. Onların səhvi yanaşmadır, hansı ki VAZ`da yoxdur bu yanaşma.

 

Mənim öncəki yazılarımda da dəfələrlə vurğuladığım ki, sahibkar, iş quran, adını hər nə qoyuruqsa qoyaq, öz işini dəqiq bilməli və ona riayət etməlidir. Başqa sözlə desək öz işini bilməlidir ki yanaşması olsun. Yanaşa bilsin.

 

Azərbaycan fotoqraflar ictimaiyətində çox sayda yerli fotoqraflarımız var, lakin (reklam olmasın deyə çəkmirəm adlarını) bir neçı fotoqraf var ki, artıq yerli brend olublar. İndi sualı belə qoymağa çalışacağam, məgər brend ola bilmiş fotoqrafların işlətdiyi aparatlar, çəkiliş etdikləri studiyalar digərlərindən çoxmu fərqlənir? Digər brend ola bilməmiş fotoqraflar, brend ola bilmək üçün həmin texniki avadanlıqları alarlarsa eyni şəkildə brend ola bilərlərmi? İnandırım sizi məsələ nə texniki avadanlıqda, nə studiyada və ya xidmət qiymətlərində deyil. Misalı ona görə fotoqrafların gətirdim ki, onların biznesi sənətləri və şəxsi keyfiyyətləri ilə bir başa əlaqədir. Deməli, hansi fotoqraf öz işinə düzgün yanaşırsa onun işləri uğurlu olur. Burada da yanaşma sözünün altından bütün texniki, insani və s. keyfiyyətləri cəmləşdirirəm.

 

Qısacası, fikrimcə bir işin uğuru ona qarşı yetişdirə biləcəyimiz yanaşma tərzindən çox asılıdır. Əlbəttə ki, bəhanələr çoxdur. Lakin inanın mənə düzgün prizmadan yanaşıldıqda uğursuz olmaq qeyri mümkündür.

OXUNUB:16716

One Comment to “Tərzi yanaşma”

  1. Deyanet Rızabeyli says:

    İnsanlığın Roma reqemlerini terk ederek, Ereb reqemlerine keçmeklerinin en esas sebebi de, hemen reqemlerle hesabın süret üstünlüyüdür. Bravo! Good Point.

Cavab yaz

*

*