Papaqdan dovşan çıxır

Yazılıb: Apr 28 2013

Reklam sahəsi müthişdir. Məşhur sosial elmlər araşdırmacısı reklamı belə ifadə edir: ” Reklamlar stansiyaya tələsən qatarlara bənzəyirlər. Biz dururuq, onlar gəlib keçirlər. Bu proses bir tv reklamının bitişi, köhnəsini çıxarıb yerine yeni bilboard asılışı və qəzetlərin tullanıldığı vaxta qədər davam edir.

 

Bu barədə çox yazılıb və deyilib. Reklam olunan şirkətin mütləq satmağa bir məhsulu vardır. Pis və ya yaxşı, məhsul və ya xidmət. Və ya tam fərqli olaraq bir imaj. Bəndlərdə fikirlərimizi cəmləməsək mütləq bir şeylər bizə aldırmağa çalışır reklamlar. Reklamlar istehlakı artırır, istehlsalın inkişafına xidmət edir, lüzumsuz tələblər yaradır və sairə kimi bir çox mövzular dilə gətirilmişdir. Yadıma məhşur Shell lətifəsi düşdü.

 

İngilis-Hollanda əsilli məhşur SHELL idarəediciləri bir gün təkbətək Roma Papası  ilə görüşmək istəyirlər. Görüşün mövzusundan xəbərdar olmayan kardinallar qapının arxasından söhbətə qulaq asmaq istəyirlər və şirkət nümayındələrinin Papaya bir milyard dollar təklif etdiklərini eşidirlər. Papa qəbul etmir. Beş milyar… yenə razı olmur. On milyarda qalxır təklif olunan büdcə. Yenə qəbul etmir Papa və həyəcanlanan kardinal birdən otağa daxil olub Papaya: “Bizim axı bu pula ehtiyacımız var, niyə qəbul etmirsiz?.” dediyində aldığı cavab belə olur: ” İdarəedici dostlarımız bütün kilsələrdə oxunan dualardan sonra “AMİN” sözü əvəzinə “SHELL” dedirtməmi istəyirlər. Necə qəbul edim? “

 

Əlbəttə ki, bu sadəcə olaraq lətifədir (yəgin ki), lakin bu misalda həqiqət paçası da az deyil. Bu gün yazmaq istədiyim mövzu reklamın xarakteridir. Hansı ki, stansiyada on beş ədəd standart sönük boz yaşıl rəngli qatarın əvəzinə düşünün ki bir ala bəzək qırmızı rəngdə fərqli bir qatar keçir. Gözlər izdihamda və hamı yuxudan ayılmış kimi olardı. Bu sözün əsl mənasında bir reklamın xarakterini anlatır. Reklamın xarakteri onun məzmununu daşıyır, ona güc və status verir. Bir reklamın izləyicilərinə gğstərilməsi sehirbazın papaqdan dovşan çıxarmağına bənzəyir. Burada mövzu nə sehirbaz, nə də papaqdadır. Mövzumuz papağın içindən çıxan dovşandır. Hansı ki, izləyicilərimizə həmin dovşanı təqdim edirik əslində. Və hər “dovşan” üçün də bir sehir mövcuddur. Sizcə papağın içindən tülki çıxartmaq da mümkündürmü? Çox çətindir bu məsələ, hansı ki, burada nəzərə alınacaq bəndlər heyvanın az təpənən olması, öncədən papağın içinə yerləşdirilə bilən olması kimi bəndləri özündə birləşdirir.

 

Düzdür, hər məhsula aid bir sehir olur reklamlarımızda və hərəsinə də xüsusi baxış tələb edir. Sehir istər papaqdan çıxan dovşan olsun, istərsə də yoxa çıxan kərkədan. Mənim bu gün yazdıqlarımın kuliminasiyan nöqtəsi əslində belədir – gəlin sizə bir sirr açım. Reklam sahəsində əsil bacarıq həmin dovşanın papaqdan sehirbaz tərəfindən çıxarılmasıdır və bu mümkün olduğu halda reklamımız əmələ gəlmiş sayılır. Lakin əsl bacarıq sehirbazın papaqdan dovşan çıxarması deyil. Əsl məsələmiz dovşanın papaqdan sehirbaz çıxara bilməsidir. Baxın burada artıq reklamımız stansiyamızda gözlənən ala bəzək, qeyri standart və gözü oxşayan, alıcılarını həmin məhsulla maraqlanmağa vadar edən reklam ortaya çıxır.

 

Lakin bu da son nöqtə deyil. Bu bir çoxlarının çatmaq istədiyi yer olsa belə son deyil. İl ərzində bəlkə də minlərlə rekam görsək belə onların arasında çox az sayda nümunə son bənd sayıla bilir. Həmin son bəndin sirri, papağın dovşandan sehirbaz çıxarmasıdır. Və bu halda inanın mənə  stansiyasında qatar gözləyərkən bizi təəcübləndirəcək məqam ala-bəzək qatar deyil, reyslərin üstü ilə uçan təyyarə kimi görünəcəkdir.

 

OXUNUB:2829

Bölmə: İdarəetmə, Reklam, Ümumi Teqlər:

One Comment to “Papaqdan dovşan çıxır”

Cavab yaz

*

*