Böyük logolu reklam gəlir!

Yazılıb: Apr 06 2013

Acı da olsa bu həqiqətdir. Hər bir reklam sahəsində, sənət və elmi bir yerə ən azından gətirmək istəyənin başına gəlmişdir bu. Gəlməmişdirsə deməli gələcəkdir. Elə müştərilərimiz vardır ki, öz loqosunun daha böyük yerləşdirilməsini istəyir. İdeyalar hazırlanır, storyboardlar, scetch`lər çəkilir, və ilaxır və sairə və sonda müştırimizin “böyük loqo sindromu” başlayır. Bəs bunun səbəbi nədir?

 

Çoxu olmasa belə (nə yaxşı ki deyil), bir çox sifarişçi fəaliyət göstərdiyi şirkətin loqosunu könüldən sevməyə, onu rəqiblərinkindən daha üstün olduğunu hesab etməyə başlayır. Bu bir çox kişinin maşınını səbəbsizcə sevməsinə bənzəyir. Bu gedişlə hazırladığımız reklamlarda loqonu böyütmək məcburiyətində oluruq. Bir də bu sindromun “əlaqə informasiyası” forması vardır ki, bu da çox vaxt telefon nömrələrinin böyüdülməsinə gətirib çıxardır. Əlbəttə ki, müştərilər hər zaman haqlıdırlar. Lakn bəzən hazırlanan konseptdəki xırda da olsa dəyişikliklər ideyamızı ağacı içdən qurd yeyən kimi yeməyə başlayır. Bu bir problemdir və bunun həlli yollarını axtarmağa çalışmaq lazımdır.

 

Müştərinizə nümunələr göstərin – Bəli dünya təcrübəsi bunə əsas istinad nöqtəsidir. Bir çox belə vizuallar vardır ki, orada logonu axtarıb tapmaq belə çətindir. Amma bu səbəb də kifayət olmaya bilər.

 

Reklam məntiqinin həyatda istifadəsindən yararlanın, lakin burada müştərinizin fikirlərinə hörmət saxlamağı bacarın. Məsələn bir dəfə, müştərimiz çox təkid etdikdə və bir çox gıtirdiyimiz misalı qəbul etmədikdə ən son olaraq belə bir sual vermişdim: –  “Siz heç kataloqu vatman kağızı boyda çap edilmiş formada görmüsüz?” Əlbəttə ki, ilk olaraq sualın mahiyyətini anlamamışdı. Sonrasında isə sualı nəyə görə verdiyimi başa düşəndə fikrindən  imtina etməli oldu. Bəli loqo bir addır, imajdır, üz qabığıdır, brendləri bir birindən ayırmaq üçün ilk vizual tanımdır, şirkətin business card`ıdır. Bu səbəbdən heç kimin palaz boyda business card istifadə edilməsi görülməmişdir.

 

Əlavə olaraq belə bir məntiqi əsaslandırmaya da istinad edə bilərsiniz. Müştərimizə bir senari danışaq. Cavan aillə düşünün, xanım mətbəxdə iş görür,  ər işdən evə yorğun gəlib televizorun qarşısında əyləşmişdir. Etinasızca televozor kanallarını dəyişməklə məşğuldur və maraqlı verliş axtarır. Bu an sizin tv yayımına buraxılan böyük loqolu reklamınız görünür. Və bu an kişi xanımına səslənir: “Arzu, Arzu tex gəl, böyük loqolu reklamı göstərirlər”. Əlbəttə ki, dəhşətli dərəcədə mənasızdır düzdürmü?

 

Eyniylə eyni misalı əlaqə informasiyalarını böyüdənlərə də şamil edilir. Mənim yadıma gəlmir ki, nə vaxtsa bilboardlarda gördüyüm bir telefonu, avtomobili saxlayıb,  bir yerdə dərkanar edim. Komunikasiya üçün lazımdır əlaqə informasiyası və bu şərtdir. Amma burada ən çox rastladığım “model” hansısa reklam panosunda gördüyüm infonu, bir müddət keçdikdən sonra internet üzərində axtarmağımdır. Belə ki, bəlkə də bir sayt ünvanı (www.devetname.az) bütün ehtiyacları qarşılamağa kifayət edə bilər. Bu tənqidi bir yanaşmadır. Mən təkid etmirəm ki, infonuzu kiçik istifadə edək və ya heç istifadə etməyək. Bütün bu yazdıqlarımın ümumi nəticəsi olaraq “düzgün qızıl aralıq” tapa bilmək üçündür və hər şey vizual balansı tarazda saxlaya bilmək bacarığından asılıdır.

 

OXUNUB:4180

Bölmə: Reklam, Ümumi Teqlər: ,

Cavab yaz

*

*