istiqamət 00:00

Yazılıb: May 16 2014

Saat 23:00 dır. Lakin hamımızın istiqaməti  00:00 dır.

 

Trend ovuna gedək dedik, geyindik əynimizə dava libasımızı, çıxdıq yola. Yarı yoldayıq lakin hələ bilmirik ki, trend bizi ovlayır yoxsa biz trendi. Bəlkə bir az bədbin başlamışam yazmağa. Lakin sizi inandırım saat 00:00 olan kimi sehirli karetamız yoxa çıxacaq. İstəyirsiz saat 00:00 xam məhsulumuzun tükənəcəyi anı bilin, istəyirsinizsə kredit böhranı qəbul edin. Və ya tam fərqli bir böhran saat 00:00-ı gətirəcəkdir. Bu üsyan deyil, bu hələ də zəlzələnin davam etməsinin göstəricisidir ki bir çox daş yerini tutmamışdır.

 

İlk öncə trendlərimiz bədbindir. Rəhim Hüseynovu itirdik.  Daha bir qələm əhli getdi aramızdan. Edəcəyimiz tək bir şey var, ruhuna dua oxumaq. İkinci trendimiz isə SOMA. Hamı kimi mən də kədərliyəm. İnsan əli ilə planlanılmayan, qeyri təbii trendlər yaranırlar. Və bizlər yalnız bu trendləri istiqamətləndirməyə çalışa bilirik. Son bir neçə günün trendləri bizləri kədərləndirməyə bilməz.

 

Özümüzü çox qorxutmayaq, bir saatdan daha çox vaxtımız qalıb. Balqabağımızın hələ ömrü çoxdur. Bunu deyərək təəsüflənirəm. Əslində nə qədər gec gəlsə o zaman bir o qədər gec ayılmış olacağıq. Ataların bir sözü var “Tez ayılanla, tez ayrılan udar”. Bəli tez ayıla bilməmək kimi bir milli fobiyamız var. Hansı ki, bizə düzgün “iş” görməyə imkan vermir.

 

Azərbaycandakı biznes şəraiti nə zaman qərbdəki kimi olacaq ? Belə bir sualı ən başdan vermək istəməməyimin səbəbi mənim də sizin kimi həmin 00:00 saatından qorxmağımdır. Bu gün sizlərlə bölüşmək istədiyim mövzu elastik şirkət strukturlarıdır.

 

Dünyamız dəyişir, kiçik elastik şirkətlər böyük qiqantlardan daha çevik və daha effektli manevrlər edərək daha uzun yollara nəsib ola bilirlər. Elastik şirkətlər öz əsas fəaliyyət sahələrində qonşu sahələrə atılmaqda daha az çətinlik çəkirlər. Şirkətlərin elastik strukturunda və onların bu statusda idarə edilməsindəki bildiklərimi aşağıdakı kimi qruplaşdırmaq istəyirəm.

  • Çalışaraq (fəaliyyəti davam etdirərərək)  dəyişdirmə. Bir çox elastik strukturlu şirkətlərdə fəaliyyətin effektli olmasındakı ilkin məqam insan faktorudur. Bu şirkət əməkdaşlarının şirkətə bağlılığı və onların vəzifələrinin icra etmək xətrinə icra edilməsinin qarşısının alınmasıdır. Dolayısıyla əməkdaşların şirkətə bağlı olmasının təmin olunmasıdır. Bu Amerikan iş sistemlərində olduğu kimi  liderlərin “biz sizi sevirik, siz də bizi sevirsiz” sloqanı ilə yerinə yetirilə bilməz. Burada əməkdaşların şirkətlərə bağlılığının təmin edilməsi və şirkət halındakı ümumi uğurun təmin edilməsi üçün əsas sloqan “Biz sizin öz vəzifələrinizi layiqincə yerinə yetirəcəyinizə inanır və ona hörmət edirik” olmalıdır. Çalışaraq dəyişdirmə əməliyyat masasında baş verəcək ən kiçik bir xətaya anında reaksiya verə bilmək fürsətini şirkət idarəçilərinə və onların əməkdaşlarına verir. Bu proseslər əməkdaşların hazırki  məsələlər üstündə daha tez püxtələşməsinə gətirir.
  • Elastik şirkətlərin fəaliyyətində əlbəttə ki, bir sıra maniyə və problemlər yaranacaqdır. Bu qaçınılmazdır. Lakin motivasiyanı təmin edə bilmək üçün yaranan problemləri onları həll edərək insalarımızı təlim etmək üçün və bizə yol göstərmək üçün fürsət olaraq görməliyik.
  • Qərarların verilməsində əməkdaşlarımız rolunun bu mexanizmaya uyğunlaşdırılması. Bir çox Sisyphus sindromundan əziyyət çəkən şirkətlərdə qərarlar yuxarıdan aşağıya doğru verilir və icra mexanizmini də paralel idarə olunur. Bu idarəetmə mexanizminin düzgün və ya yanlış olduğunu deməyəcəyəm. Elastik şirkətlərda isə fikrimcə idarəetmə qərarları yuxarıdan verilsə belə icra mexanizması aşağıdan yuxarıya doğru icra edildikdə daha uğurlu nəticələnir. Nəzərə alsaq ki, elastik şirkətlər çox zaman kiçik və orta “ölçülü” şirkətlər olur, bu zaman onların əməkdaşları öz ixtisaslarında daha spesifik addımlar ata biləcək kadrlar olurlar. Bundan öncəki bənddə qeyd etdiyim kimi, bu həm də kadrların özlərini yetişdirə bilməsində əvəzsiz rol oynayır.
  • Kiçik layihələ icralarının elastk şirkətlərdə daha az informasiya itkisinə yol verməklə idarə oluna bilməsi. Daha az pillə, daha az bürokratiya, daha çox effektlilik deməkdir. Daha az pillə  5 niyə konseptindəki sualların sayının daha az olması və nəticəyə daha tez yaxınlaşa bilməkdir.

 

Qəribə bir yarı yuxulu zamandır hazırki müstəvimiz. Ümid edirəm ki, ən qısa zamanda gəlsin saatarımız 00:00-a. Düzdür bir çoxlarımız əqrəblərin bu düzülüşündən narazı olacağıq. Sehirlər pozulacaq, mindiyimiz karetalar balqabaqlara dönəcəkdir. Tərəzinin tərəfləri fərqli cazibə qüvvəsiylə dartılacaqdır. Lakin əqrəblərin bu düzlüşü bir çox hazırda “seed” dövründə olan layihələr üçün başlanğıc olacaqdır. Kim bilir, bəlkə də artıq saatlarımız 00:00-ı göstərir?

 

 

OXUNUB:15731

Cavab yaz

*

*